"Qarabağ"ın futbolçusu "Qızıl istedad" ola bilər

Oxunma: 474 TARIX /

"Qarabağ" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının üzvü Yaroslav Deda vətəni Ukraynada "Qızıl istedad" nominasiyası üzrə qalib adına namizədlər sırasında göstərilib.

İdmanxeber.com-un məlumatına görə, ölkənin istedadlı oyunçuları ilə bağlı hazırlanan yazıda gənc yarımmüdafiəçi vunderkind kimi göstərilib. 19 yaşlı hücumçu 2017-ci ilin yayında "Volın"dan transfer edilib. O, "Qarabağ"ın UEFA Gənclər Liqasında vurduğu hər 3 qolun müəllifi olub.

Qeyd edək ki, "Qızıl istedad" adına 13 namizəd göstərilib. Yaroslav Deda Ukraynanın 19 yaşadək futbolçulardan ibarət yığmasının üzvü olsa da, onun yaxın vaxtlarda Azərbaycan vətəndaşlığına keçəcəyi gözlənilir.