"Slaviya"nın gənclərdən ibarət komandasının baş məşqçisi Pavel Rehak futbolçuları haqda danışıb.
İdmanxeber.com-un Çexiya klubunun rəsmi saytına istinadən verdiyi məlumatına görə, mütəxəssis milli futbolçumuz Fərid Nəbiyev haqda da fikirlərini bildirib. Gənclərdən ibarət yığmamızın üzvündən ağız dolusu danışan Rehak Nəbiyevin irəlidə daha güclü futbolçu olacağını söyləyib: “Gənclər Liqasındakı yerimizi qorumaq istəyirik. Bu, bizim hədəfimizdi. Oyunumuzu getdikcə daha da yaxşılaşdırmalıyıq. Söz verirəm ki, hazırkı futbolçular qışda fiziki formalarını yaxşılaşdırıb, daha hazır vəziyyətdə olacaqlar. Biz qışa qədər iki səbəbə görə bəzi oyunlarda məğlub olurduq. Biri təcrübəsizlik, digəri isə fiziki çatışmazlıqdı. Fikrimcə, hazırkı heyətdə bəzi futbolçular çox istedadlıdılar. Bu mənada Andrey Sintean və Fərid Nəbiyevi fərqləndirə bilərəm. Düşünürəm ki, onlar komandanın liderləri olacaqlar və oyunu bu futbolçuların üzərində quracam”.