"Xəzər Lənkəran" stadionunun son vəziyyəti - FOTOLAR

Oxunma: 748 TARIX /

Bir zamanlar Azərbaycan Premyer Liqasının oyunları zamanı azarkeşlərlə dolu halda görməyə öyrəşdiyimiz Lənkəran şəhər stadionunun son vəziyyəti görənlərin ürəyini ağrıtmaya bilməz.

İdmanxeber.com-un məlumatına görə, sonuncu dəfə 2016-cı ilin may ayında elita oyununa ev sahibliyi edən arenada hazırda "Xəzər Lənkəran"ın 17 yaşlı futbolçulardan ibarət komandası görüşlərini keçirir.