"Mənə “Neftçi”də gözəl və xoş idi, amma..."

Oxunma: 210 TARIX /

"Açığı “Srvena Zvezda”dan gedəndən sonra özümdə boşluq hiss edirdim. Çünki artıq futbol biznesə çevrilmişdi. Ancaq "Srvena Zvezda"da  ürəklə, emosiyalarla oynayırdım. Mənə “Lyers” və “Neftçi”də gözəl və xoş idi. Amma sevgisiz idi ki, belə olması xoşuma gəlmirdi. Sanki bu, mən deyildim”.

İdmanxeber.com-un məlumatına görə, bu sözləri "Neftçi"nin sabiq qapıçısı Boban Baykoviç  "HotSport"a açıqlamasında deyib.

O, futbolçu karyerasının başa vurub məşqçiliklə məşğul olmağı düşündüyünü bildirib: "Qapıçılarla çalışan məşqçi olmaq istəyirəm. B lisenziyalı məşqçi diplomum var. Təcrübə və biliklərə də yiyələnmişəm. Dayk Stoyanoviç və Viborko Koçeiçdən çox şey öyrənmişəm. Gənc və peşəkarlarla işləmək istəyirəm".

Qeyd edək ki ,B.Baykoviç 2016-cı ilin oktyabrından 2017-cı ilin yayına kimi "Neftçi"nin şərəfini qoruyub.