reklam

Əslən azərbaycanlı olan, Rusiya yığmasının şərəfini qoruyan Aleksandr Səmədovun adı dopinq qalmaqalında hallanır.

İdmanxeber.com-un məlumatına görə, yarımmüdafiəçinin adı Ümumdünya Dopinq Agentliyinin Soçi Olimpiadası zamanı yaşanan qalmaqalda keçib. Bu siyahıda 19 futbolçnun adı yer alıb.

Onlar arasında İqor Akinfeyev, Sergey İqnaşeviç, George Şennikov, Alan Dzaqoyev, Viktor Fayzulin, Aleksandr Kokorin, Yuri Lodıgin, Oleq Şatov, Yuri Jirkov, Denis Qluşakov, Dmitri Kombarov, Aleksandr Səmədov, Vladimir Qranat, Maksim Kanunnikov, Aleksey Kozlov, Pavel Mogilevets, Andrey Semyonov, karyeralarını başa vurmuş Aleksandr Kerjakov və Roman Şirokov da var.

Qeyd edək ki, dopinqə “ilişən” futbolçuların adlarını “Sport i spletni” kanalı açıqlayıb.