reklam

Rüfət Dadaşov klubunu dəyişir

TARIX /

Hazırda Berlin "Dinamo"sunda forma geyən Azərbaycan milli komandasının sabiq futbolçusu Rüfət Dadaşov karyerasını Almaniyanın III Liqasının "Şportfroynde" klubununda davam etdirə bilər.

İdmanxeber.com-un məlumatına görə, Lotte şəhərinin təmsilçisi 27 yaşlı hücumçunun xidmətində maraqlıdır. Komandanın məşqçisi Jozep Laumann Dadaşovu transfer etməyi düşündüklərini bildirib. Onun sözlərinə görə, cari mövsümdə vurduğu 19 qolla Şimal-Şərq zonasında bombardirlik yarışına başçılıq edən forvard "Şportfroynde"ni gücləndirəcək səviyyədədir