reklam

"Keşlə"də kamerunlu futbolçu

TARIX /

"Keşlə2nin heyətində daha bir yeni legioner yer alıb.

İdmanxxeber.com-un məlumatına görə, paytaxt klubu kamerunlu yarımmüdafiəçi Herve Tçami ilə anlaşmağa yaxındı. O, paytaxt klubunun dünənki axşam məşqində iştirak edib. Tçaminin "Keşlə”də qalıb-qalmayacağı baxış müddətində özünü necə göstərməsindən asılıdı. Baş məşqçi Yuri Maksimov düşərgədə olan Məhəmməd Qurbanov və İdris Musluyev kimi, Tçami haqda yekun qərarı da bir neçə gündən sonra açıqlayacaq.

Bu vaxta qədər “Hamburq II” (Almaniya), “Zaqlebie”, Poqon” (hər ikisi Polşa), “Karvina” (Çexiya), “Szolnoki”, “Honved” (hər ikisi Macarıstan), “Varnamo” (İsveç), "USM Bel-Abbes" (Əlcəzair), "Əl-Oruba" (Oman), “Girəsunspor” (Türkiyə) və “Feyrense” (Portuqaliya) klublarında oynamış vingerin son iş yeri ötən ilin oktyabr ayında ayrıldığı "Hajer” (Səudiyyə Ərəbistanı) olub.