"Neftçi" üçün 5 rəqib

Oxunma: 192 TARIX /

"Neftçi”nin əvəzedici komandası çempionatın ikinci hissəsinin hazırlığını davam etdirir.

İdmanxeber.com klubun saytına istinadən xəbər verir ki, bugünkü məşq “ağ-qaralar”ın bazasında olub.

 
Yanvarın 30-dək davam edəcək təlim-məşq toplanışı çərçivəsində 5 yoxlama oyununun keçirilməsi planlaşdırılır. Yanvarın 14-ü U-19 millisi, 21-i "Səbail”in, 28-i isə "Neftçi”nin 19 yaşlılardan ibarət komandaları ilə hazırlıq oyunları nəzərdə tutulub.
 
Yanvarın 30-u nəzərdə tutulan görüş haqda isə rəqib dəqiqləşəndən sonra məlumat veriləcək.