Fransa "Renn"inin futbolçusu Azərbaycana gələ bilər

Oxunma: 723 TARIX /

Daha bir əcnəbi futbolçu ölkəmizdə çıxış etməyə yaxındı.

İdmanxeber.com-un məlumatına görə, bu Mali yığmasının yarımmüdafiəçisi Yakuba Silladı. Fransa mətbuatında çıxan xəbərlərə əsasən, "Renn"in 28 yaşlı üzvü son olaraq icarə əsasında Yunanıstanın "Panatinaikos" kollektivində forma geyinib. 

Ancaq “Renn” onu birdəfəlik satmaq və bundan 500 min avro qazanc götürmək niyyətindədi. Klub rəhbərliyi hətta futbolçuya bir neçə variant da təklif edib. Belə ki, onlar Sillanın Belçika təmsilçiləri “Eupen”, “Mexelen”, “Brügge”, həmçinin Azərbaycan da daxil olmaqla, bir neçə ekzotik ölkədə çıxış edə biləcəyini bildiriblər.