reklam

"Keşlə"nin baxışda olan 30 yaşlı kamerunlu futbolçusu Herve Tçami ölkəmizə gəlişindən danışıb.

İdmanxeber.com-un məlumatına görə, futbolçu "Keşlə"yə yollanmağında yeni baş məşqçi Yuri Maksimovun rolunun olduğunu bildirib. O, yeni müaavilə bağlaması ilə bağlı bunları deyib: "Sözləşməyə qol çəkməmişəm. Hər şey istədiyim kimidi. Məşqçi mənim haqqımda lazımı məlumatlardan xəbərdardı. Bu vaxta qədər 12 klubda çıxış edən müdafiəçi tez-tez komanda dəyişməsinə isə bu cür izah gətirib: "Yaxşı təkliflər alırdım deyə, klublarımı dəyişirdim".