reklam

"Qaziantepspor"da baş məşqçi dəyişikliyi rellaşıb.

İdmaxeber.com-un məlumatına görə, bu posta Oktay Dərəlioğlu təyin edilib. "Xəzər Lənkəran"ın sabiq futbolçusu bundan sonra I dəstə klubunu çalışdıracaq.

Qeyd edək ki, "Beşiktaş" və "Fənərbaxça" klublarındakı çıxışı ilə tanınan veteran futbolçu 2004-2005 mövsümündə hazırda fəaliyyətini dayandırmış "Xəzər Lənkəran"ın formasını geyinib. Dərəlioğlu "ağ-yaşıllar"ın heyətində 17 oyuna 16 qol vurub.