reklam

ABŞ millisinin sabiq futbolçusu Lendon Donovan 2 illik fasilədən sonra karyerasını bərpa edib.

İdmanxeber.com-un məlumatına görə, 36 yaşlı hücumu Meksikanın “Leon” klubu ilə anlaşıb.

Bu, L.Donovanın futbola ikinci dönüşü olub.

2014-cü ildə karyerasını başa vurduğunu açıqlayan forvard 2016-cı ilin sentyabrından “Los-Anceles Qelaksi” ilə qısamüddətli müqavilə bağlayıb və 5 oyunda meydana çıxıb.

Qeyd edək ki, Donovan karyerası ərzində Almaniyanın “Bayer” və “Bavariya”, eləcə də İngiltərənin “Everton” klubun formasını geyinib. O, yığmanın heyətində çıxdığı 157 oyunda 57 qol vurub