reklam

"Neftçi" növbəti transferini gerçəkləşdirmək üzrədir.

Idmanxeber.com-un "cronica.com.py" saytına istinadən yaydığı məlumata görə, "ağ-qaralar" paraqvaylı yarımmüdafiəçi Fransisko Xavyer Qarsiya ilə anlaşıblar. Artıq Bakıda olan futbolçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.

Qeyd edək ki, "Kerro Porteno"nun yetirməsi olan 26 yaşlı "Qato" ləqəbli futbolçunun karyerası əsasən vətəni ilə bağlıdır. Qarsiya "Neftçi"nin qış fasiləsində ilk legioner transferi olacaq.