reklam

"Qarabağ" əcnəbi futbolçu transfer edir

TARIX /

"Qarabağ"  əcnəbi futbolçu transfer edə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə "The Herald" xəbər yayıb. Mənbə bildirir ki, Cənubi Afrika Respublikasının "Mamelodu Sandaunz" klubunun üzvü Xama Billiat Ağdam klubunun maraq dairəsinə düşüb. Zimbabve yığmasının forvardı klubu ilə müqaviləsini uzatmaq barədə düşünmür.

Xəbərədə “Qarabağ”ın bu futbolçuya ayda 500 min dollar verməyə hazır olduğu qeyd olunub. Billiatın satış qiyməti isə  2,5 milyon ABŞ dollarına bərabərdir.