Arda Turanın "Başakşəhər" forması ilə FOTOLARI

Oxunma: 291 TARIX /

"Başakşəhər" "Barselona"dan ayrılan Arda Turanı rəsmən sıralarına qatıb.

İdmanxeber.com-un məlumatına görə, türk ulduz yeni klubunda 14 nömrəli formanı geyinəcək. Yarımmüdafiəçi ilə 2,5 illik müqavilə imzalanıb. 

Ardanın cari mövsümün ikinci dövrəsindəki məvacibi 2 milyon avro olacaq. Onun növbəti iki ildə illik maaşı isə 4 milyon avro təşkil edəcək. Anlaşmaya əsasən, “Barselona” gələn il futbolçunu başqa kluba satarsa, transfer haqqının 20 faizi “Başakşəhər”ə veriləcək. İstanbul təmsilçisi Türkiyə çempionu olacağı təqdirdə isə ispanlara 300 min avro bonus ödəyəcəklər.