reklam

"Səbail" "Xəzər"ə qalib gəldi

TARIX /

“Səbail” klubu qış fasiləsində ikinci yoxlama oyununu keçirib.

Idmanxeber.com-un məlumatına görə, , Azərbaycan Premyer Liqasının debütantı I divizion təmsilçisi “Xəzər”i qəbul edib. “Bayıl Arena”da baş tutan matç Samir Əliyevin rəhbərlik etdiyi kollektivin 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

“Səbail”in qollarına yeni transfer Kərim Diniyev, penaltidən Elman Taqayev və Vüqar Nadirov imza atıblar. Taqayev qollarından birini penaltidən vurub. “Xəzər”in heyətində isə Fərid Səmədzadə fərqlənib.

Qeyd edək ki, “Səbail” ilk yoxlama görüşündə “Sabah”la qolsuz bərabərə qalıb.