reklam

Giqqs milli komandanın baş məşqçisi oldu

TARIX /

Futbol üzrə Uels milli komandasına yeni baş məşqçi təyin olunub.

İdmanxeber.com-un "The Telegraph"a istinadən verdiyi məlumata görə, bu, yığmanın sabiq yarımmüdafiəçisi və kapitanı Rayan Giqqsdir. Vaxtilə İngiltərə "Mançester Yunayted"ində çıxış etmiş əfsanəvi futbolçunun rəsmən təyinatı bu gün açıqlanacaq. Uels Futbol Assosiasiyası yığmanın daha bir sabiq futbolçusu Kreyq Bellami, eləcə də Toni Pyulis və Tyerri Anrinin də namizədliyini nəzərdən keçirib. Lakin sonda seçim 44 yaşlı mütəxəssisin üzərində edilib.

Qeyd edək ki, 1991 - 2007-ci illərdə Uels millisində 64 oyun keçirmiş Rayan Giqqz Kris Koulmeni əvəzləyəcək. Koulmen yığma komanda 2018-ci il dünya çempionatına vəsiqə qazana bilmədiyi üçün istefa verib.