reklam

Dünya ulduzu, "Real"ın futbolçusu Kriştiano Ronaldo klubunda qalmaq istəmir.

İdmanxeber.com-un İspaniya mətbuatına istinadən verdiyi məlumata görə, buna səbəb portuqaliyalının klub prezidenti Florentino Peres tərəfindən aldadılmasıdı. İspan jurnalistlərin yazdığına əsasən Ronaldo bu fikirdədi. Belə ki, Peres Ronaldoya müqavilə ilə bağlı verdiyi sözü tutmayıb.

“Real” ötən mövsüm Çempionlar Liqasını qazananda Peres Ronaldoya  yeni müqavilə imzalanacağı haqda vəd versə də, hələlik ona klub tərəfindən heç bir təklif olunmayıb. Bu səbəbdən Ronaldonun sabiq komandası "Maneçester Yunayted"ə qayıtmaq istədiyi bildirilir.