"Neftçi" ilə yollarını ayıran Uqo Barqasın "Bluminq" klubuna keçidi rəsmiləşib.

İdmanxeber.com-un məlumatına görə, Boliviya təmsilçisi ilə müqavilə bağlayan Barqas xarici KİV-lərə açıqlama verib: "Neftçi" ilə 1 illik müqavilə imzalamışdım. Amma yeni baş məşqçi gələndən sonra onun istəyilə müqavilə müddətini daha 6 ay uzatdıq. Belədə "Neftçi"dən ayrılmaq çox çətin idi. Lakin “Bluminq”ə dönmək variantı yarananda çox həyəcanlı idim. Belə vəziyyətdə “Neftçi” ilə razılıq əldə edə bildik. Bunun üçün çox xoşbəxtəm. İllər keçdikcə daha təcrübəli oluram və özünəinamım artır. Bu da komandama daha çox fayda verməyimə yetərli olacaq".

Qeyd edək ki, bu, Barqasın "Bluminq"ə 3-cü qayıdışıdır. O, "Neftçi"yə də məhz Boliviya klubundan keçmişdi.