reklam

"Qarabağ" Antalyada qış təlim-məşq toplanışını davam etdirir.

İdmanxeber.com-un məlumatına görə, Ağdam klubu 1 günlük istirahətin ardından bugündən etibarən məşqləri bərpa edib. Komanda yerli vaxtla saat 11:00-da səhər məşqinə başlayıb. Təxminən 1 saat 20 dəqiqə davam edən hazırlıq fiziki yüklənməyə əsaslanıb.

 Ansi Aqolli isə fizioterapivt çalışmaları altında fərdi məşqlə kifayətlənib. Günün ikinci məşqi isə yerli vaxtla saat 17:00-a təyin olunub.