İbrahim Şehiç gec qoşulacaq

Oxunma: 180 TARIX /

Milli komandamızdan ayrılaraq Bosniya və Herseqovina seçməsini çalışrıdıcı təyin olunan Robert Prosineçki çağırılan futbolçular arasında "Qarabağ"ın qapıçısı İbrahim Şehiçə də şans verib.

İdmanxeber.com-un məlumatına görə, "əlcək sahibi" yığmanın düşərgəsinə gec qoşulacaq. Bu barədə baş məşqçi məlumat bildirib. Onun sözlərinə görə. Şehiç yığmanın düşərgəsinə İstanbulda qoşulacaq və digər futbolçularla birlikdə ABŞ-a yollanacaqlar.

Qeyd edək ki, Bosniya və Herseqovina millisi yanvarın 21-də Türkiyədə təlim-məşq toplanışında olacaq. Komanda yanvarın 25-i Şehiçlə birgə ABŞ-a gedəcək. Bosniya və Herseqovina  sözügedən ölkədə hazırlıq prosesi çərçivəsində yanvarın 28-də  ABŞ, 3 gün sonra isə Meksika ilə qarşılaşacaq.