reklam

"Kəpəz"lə müqavilə bağlayan Ukraynalı qolkiper Sergey Litovçenko keçidi ilə bağlı danışıb.

İdmanxeber.com-un məlumatına görə, ölkəsinin mətbuatına açıqlama verən qapıçı Gəbcə klubunu özü üçün yeni çağırış hesab edib: "Komandamızın qarşısına yeni tapışırıqlar qoyulur. Yeni baş məşqçi, heyəti formalaşdırmağa çalışır. Mənim keçidimdə baş məşqçinin maraqlanması rol oynadı. o şəxsən, özü "Kəpəz"ə keçməyimi istədi. Azərbaycan mənim üçün yeni ölkədi. Görək, mən və ailəm üçün burda yaşamaq nə dərəcədə rahat olacaq? Ümid edirəm ki, tez bir zamanda uyğunlaşacağıq”.