Dmitri Nazarovun oynaması heçnəyi dəyişmədi

Oxunma: 149 TARIX /

Azərbaycan millisinin yarımmüdafiəçisi Dmitri Nazarovun şərəfini qoruduğu “Aue” klubu təlim-məşq toplanışı çərçivəsində son yoxlama görüşünü keçirib.

İdmanxeber.com-un məlumatına görə, II Bundesliqa təmsilçisi “Erfurt”la qarşılaşıb.

Nikola Rappın 76-cı dəqiqədə öz qapısına vurduğu top matçda həlledici olub və “Erfurt” 1:0 hesablı qələbə qazanıb. Fasilədən sonra Albert Bunyakunu əvəzləyən Nazarov ikinci 45 dəqiqədə qol vurmaq şansı əldə etsə də, bundan yararlana bilməyib.