reklam

Azərbaycanla Ermənistan eyni qrupa düşdü

TARIX /

Basketbol üzrə gənclər arasında Avropa çempionatının püşkü atılıb.

İdmanxeber.com-un Beynəlxalq Basketbol Federasiyasının  rəsmi saytına istinadən yaydığı xəbərə görə, Almaniyanın Frayzinq şəhərində keçirilən mərasimdə Azərbaycanın kişilərdən ibarət U-16, U-18 və U-20 yığmalarının da rəqibləri müəyyənləşib.

C divizionunda yer alan U-16 millisi Avstriya, Ermənistan, San Marino, Albaniya və Moldova ilə birgə A qrupuna düşüb. Bu qrupun oyunları 3 - 11 iyulda San Marinonun Serravalle şəhərində keçiriləcək.

B divizonunda qərarlaşan U-18 yığması B qrupunda Belçika, Macarıstan, Gürcüstan, Estoniya və Avstriya ilə birgə 27 iyul - 5 avqustda Makedoniyanın paytaxtı Skopyedə mübarizə aparacaq.

20 yaşadək basketbolçulardan ibarət yığmamız da B divizionunda mübarizə aparacaq. Tahir Baxşiyevin rəhbərlik etdiyi komanda iyulun 13-22-də Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq yarışın A qrupunda oynayacaq. Basketbolçularımız Latviya, Belçika və Makedoniya ilə üz-üzə gələcəklər.