Yaponiyadan Azərbaycan millisinə

Oxunma: 366 TARIX /

Avropa çempionatının final mərhələsinə Bakıda hazırlaşan futzal üzrə Azərbaycan millisinin düşərgəsinə daha bir oyunçu qoşulub. 

İdmanxeber.com-un federasiyanın mətbuat xidmətinə istinadən məlumatına görə, karyerasını Yaponiyanın “Agleymina Hamamatsu” klubunda davam etdirən Fineo de Araujo bu gün səhər saatlarında Bakıya gəlib.

 

Bir müddət əvvəl Yaponiya çempionatında yaranmış fasilədən istifadə edərək vətəninə baş çətən futzalçı bu gün saat 17:00-da, Olimpik Starda keçiriləcək məşqə qoşulacaq. 
 

Qeyd edək ki, ötən ilin aprel ayında Bakıda keçirilən AÇ-nin seçmə mərhələsinin oyunlarında iştirak edən Fineo dekabrda İranda təşkil edilən beynəlxalq turnirə dəvət edilməmişdi. Yaponiya ilə məsafənin uzaq, saat fərqinin isə çox olmasını nəzərə alan baş məşqçi Joze Alesio da Silva ona rəsmi oyunlar ərəfəsində dəvət göndərəcəyini bildirmişdi.