"Sumqayıt" - "Səbail" matçının vaxtı açıqlandı

Oxunma: 96 TARIX /

Premyer Liqanın ikinci dövrəsinə hazırlıqlarını davam etdirən “Sumqayıt” sabah növbəti yoxlama oyununu keçirəcək. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən məlumatına görə, Samir Abasovun kollektivi “Səbail”lə üz-üzə gələcək.

 

Sumqayıt şəhər stadionunda baş tutacaq qarşılaşmanın başlama saatı da açıqlanıb. Belə ki, oyunun start fiti 17:30-da veriləcək.

 

Qeyd edək ki, “Sumqayıt” ilk yoxlama matçında “Qaradağ Lökbatan”a (3:0) qalib gəlib, “Səbail” isə “Sabah”la qolsuz bərabərə qalıb.