reklam

"Mançester Yunayted" onunla davam edəcək

TARIX /

"Mançester Yunayted" baş məşqçisi Joze Mourinyo ilə yaxın günlərdə yeni müqavilə imzalayacaq.

İdmanxeber.com-un "Sky Sports"a istinadən yaydığı xəbərə görə, bununla bağlı tərəflər arasında razılıq əldə olunub. 54 yaşlı mütəxəssislə müqavilənin müddəti 2021-ci ilin iyununa qədər uzadılacaq.

Qeyd edək ki, J.Mourinyo 2016-cı ildən "MY"nı çalışdırır. Onun İngiltərə klubu ilə hazırkı müqaviləsi 2019-cu ilin iyununda başa çatır.