Antalyada təlim-məşq toplanışında olan U-21 millimizə yeni futbolçular çağırılıb.

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, baş məşqçi Rəşad Sadıqov "Qarabağ"ın futbolçuları Mahir Mədətov və Ramil Şeydayevi yığmaya dəvət edib.

Qeyd edək ki,  ilkin heyətdə adları açıqlanan Murad Xaçayev və Qismət Alıyev də  Antalyada təlim-məşq toplanışında olan millimizin hazırlıq prosesinə qoşulublar.