Millimizin baş məşqçisinin brifinqi olacaq

Oxunma: 132 TARIX /

Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində keçiriləcək Avropa çempionatının final mərhələsində iştirak edəcək futzal üzrə Azərbaycan milli komandası təlim-məşq toplanışını Bakıda davam etdirir. 

İdmanxeber.com-un məlumatına görə, yanvarın 27-nə qədər paytaxtda hazırlıq keçəcək millinin yanvarın 19-da, Bakı İdman Sarayında keçiriləcək və saat 10:15-də başlayacaq məşqinin ilk 15 dəqiqəsi mətbuat üçün açıq olacaq, həmçinin baş məşqçi Joze Alesio da Silvanın iştirakı ilə brifinq təşkil olunacaq.

affa.az