reklam

İranın "Traktor Sazi" kollektivi yeni baş məşqçi ilə anlaşıb.

İdmanxeber.com-un məlumatına görə, Təbriz kollektivi türkiyəli Ərtoğrul Sağlamla razılığa gəlib. Çalışdırıcı yeni klubu ilə 11 oyunluq müqavilə bağlayacaq.

 "Traktor Sazi" hazırda İran çempionatıın turnir cədvəlində 21 xalla 11-ci pillədə qərarlaşıb.