reklam

Zimbab millisinin forvardı  Xama Billiatı sıralarına qatmaqda maraqlı olan "Qarabağ" hələlik heç bir nəticə əldə edə bilməyib.

İdmanxeber.com-un xarici KİV-lərə istinadən verdiyi məlumata görə, "köhlən atlar" 27 yaşlı hücumçunu transfer etmək üçün "Mamelodi Sandaunz" kollektivinə rəsmi təklif göndərib. Xarici mətbuatın yazdığına görə, Azərbaycan çempionunun təklifi Billatı razı sala bilib. Oyunçu yaxın günlərdə öz fikrini bildirəcək. 

Qeyd edək ki, Billiatın hazırkı klubu ilə yarım illik müqaviləsi var.