Hakimlərdən "Keşlə"yə seminar

Oxunma: 76 TARIX /

Bu gün "İnter Arena" stadionunda Hakimlər Komitəsinin üzvləri İnqilab Məmmədov və Mübariz Həşimzadənin iştirakı ilə "Keşlə"nin futbolçu və məşqçi heyəti üçün seminar təşkil olunub.

İdmanxeber.com-un klubun saytına istinadən yaydığı xəbərə görə, seminarda hakimlik məsələləri və oyun qaydaları barədə ətraflı məlumat verilib. Toplantıda "Keşlə"nin baş məşqçisi Yuri Maksimov da iştirak edib.