“Komandanın məşqlərinə 3 gün əvvəl qoşulmuşam. Maraqlı qrupumuz var. İspaniya və Fransa kimi komandalarla qarşılaşacağıq. Avropa çempionatında zəif rəqib olmur".

İdmanxeber.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, bu sözləri futzal millimizin oyunçusu Vitali Borisov bu gün keçirilən brifinqdə Yanvarın 30-dan fevralın 10-dək Sloveniyanın Lyublyana şəhərində təşkil olunacaq Avropa çempionatının final mərhələsi haqda fikirlərini bildirərkən deyib.

O bildirib ki, qruplarındakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var: "Fransa millisi ilk dəfə bu cür yarışda iştirak etmək hüququ qazansa da, play-offda Xorvatiya kimi komandanı mübarizədən kənarlaşdırıb. Qrupumuzdakı hər bir komandanın növbəti mərhələyə yüksəlmək üçün 33 faiz şansı var. Hər şey oyunlar zamanı məlum olacaq. Hər bir komanda uda və ya uduza, bir-birindən xal ala bilər”.