"Qarabağ"ın və Bosniya və Herseqovina yığmasının qolkiperi İbrahim Şehiç yerli mətbuata müsahibə verib.

İdmanxeber.com-un məlumatına görə, yeni baş məşqçiləri Robert Prosineçki tərəfindən milliyə çağırılan Şehiç çalışdırıcıları haqda fikirlər səsləndirib: " Prosineçki ilə iki il yarımdı tanışıq. O, böyük insandı, oyunçular haqda hər şeyi bilir. Həm özü, həm də məşqçi korpusu peşəkarlardan qurulub. Onun təyinatını gözləyirdik. Artıq hər şey bizdən asılıdı. Prosineçkinin gəlişi millimizin nəticələrinə müsbət təsir edəcək. Azərbaycanda da Prosineçkiyə böyük hörmət var, onun işini yüksək qiymətləndirirlər. Azərbaycan mətbuatı çox yaxşıdı. Mənim barəmdə müsbət fikirdədilər”.

 

Şehiç sonda “Qarabağ”da qalmaq istədiyini də sözlərinə əlavə edib: “Qarabağ”da hər şey ürəyimcədi. Bu klub mənə gözəl şeylər qazandırdı. Onlara hər zaman minnətdar olacam. “Qarabağ”da qalmaq istəyirəm, çıxışımdan da razıdılar. Klub rəhbərliyinin hansı qərarı verəcəyini birlikdə görəcəyik”.