reklam

Türkiyənin “Fənərbaxça” klubu futbolçu Robin van Persi ilə yollarını ayırıb.

İdmanxeber.com-un məlumatına görə, 35 yaşlı hücumçunun müqaviləsinə qarşılıqlı razılaşma əsasında xitam verilib. Hollandiyalı forvard karyerasını vətənində, “Feyenoord” klubunda davam etdirəcək.

Qeyd edək ki, Robin van Persi 2015-ci ildə İngiltərənin “Mançester Yunayted” klubundan “Fənərbaxça”ya keçib. O, İstanbul təmsilçisinin heyətində çıxdığı 87 matçda 36 qol vurub. “Feyenoord”un yetirməsi olan forvard 2004 – 2012-ci illərdə London “Arsenal”ının formasını geyinib.