reklam

"Zirə" "Keşlə"yə məğlub oldu

TARIX /

Hazırlıqlarını Bakıda davam etdirən "Zirə" və "Keşlə" klubları bu gün yoxlama oyununda üz-üzə gəlib.
 
İdmanxeber.com-un məlumatına görə, İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda keçirilən qarşılaşma "Keşlə"nin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Keşlə" buna qədər “Qaradağ Lökbatan”a 3:1, "Neftçi”yə isə 2:1 hesabı ilə qalib gəlib.