Dario Frederiko nə vaxt rəsmən "Kəpəz"li olacaq?

Oxunma: 366 TARIX /

"Kəpəz"in sabiq futbolçusu Dario Frederiko ilə Türkiyə toplanışında müqavilə bağlayacağı barədə özəl olaraq xəbər vermişdik.

İdmanxeber.com-un məlumatına görə, futbolçu bu gün Antalyaya yola düşüb. "Sambaçı" artıq bu gündən etibarən köhnə-yeni komanda yoldaşlarının yanında olacaq. "Kəpəz" azarkeşlərinin sevimlisinin müqaviləyə bu gün qol-çəkib-çəkməyəcəyi isə dəqiq bilinmir. Ən geci oyunçu ilə sabah müqavilə bağlanılması gözlənilir.

Qeyd edək ki, Gəncə klubunun heyətində 34 matça  çıxan Dario 7 dəfə rəqib qapaılarına yol tapmağı bacarıb.