reklam

Çempionatın qış fasiləsində hazırlığın əsas mərhələsi üçün Türkiyəyə yollanan “Kəpəz” qardaş ölkədə məşqlərə start verib. 

İdmanxeber.com-un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda gündə iki dəfə hazırlıq keçir.  Heyətdə 18 futbolçu yer alıb. “Sarı-göylər” toplanış müddətində taktiki və texniki məşqlərə üstünlük verib, yoxlama oyunlarına çıxacaqlar.  

Komanda yanvarın 22-də “Viitorul” (Konstanta, Rumıniya), 25-də “Daejeon Citizen” (Cənubi Koreya), 28-i tarixində “Yagelloniya” (Belostok, Polşa) və ayın 31-də “Spartak” (Subotiça, Serbiya) klubları ilə oynayacaq. 

Təlim-məşq toplanışı fevralın 2-də başa çatacaq.