"Bavariya"nın futbolçuları bir-biri ilə dalaşdı

Oxunma: 375 TARIX /

"Bavariya"nın futbolçuları bir-biri ilə dava edib.

İdmanxeber.com-un məlumatına görə, məşq zamanı Rudi və Xames Rodriqes arasında xoşagəlməz hadisə yaşanıb. Buna səbəb iki tərəfli oyun zamanı Rodriqesin alman futbolçuya sərt müdaxiləsi olub. Daha sonra Rudi Xamesin üzərinə gələrək, məsələni böyütməyə çalışıb. Baş verə biləcək hər hansı hadisənin qarşısını isə "Bavariya"nın digər futbolçuları alıb.