"Arsenal" Dortmund "Borussiya"sının forvardı Pyer-Emerik Obameyanqı heyətinə qatıb.

İdmanxeber.com-un məlumatına görə, qabonlu hücumçu ilə uzun müddətli müqavilə imzalanıb. Lakin müqavilənin müddəti və şərtləri barədə ictimaiyyətə heç bir məlumat verilməyib.

Bu transferin London klubuna 63 milyon avroya başa gəldiyi bildirilir.