reklam

Adı "Real" (Madrid) ilə hallanan "Çelsi"nin ulduz futbolçusu Eden Azar yayılan şaiyələrə cavab verib.

İdmanxeber.com-un məlumatına görə, belçikalı futbolçu Zidanın onun haqqında xoş sözlər deməsindən qürurlandığını, lakin Madrid klubuna keçib-keçməyəcəyi məsələsinin zamana buraxmaq lazım olduğunu bildirib:

"10 il bundan öncə də Zidan mənim haqqımda xoş sözlər deyəndə qürurlanmışdım. Təsəvvür edin ki, sizin haqda dünya əfsanəsi belə gözəl sözlər işlədir. Lakin öz üzərimdə çox işləməliyəm, artırmalıyam.Bu futboldur. Öncədən kimsə nəyin necə olacağını bilə bilməz".