"Qarabağ" - "Qəbələ" matçında qol sükutu - YENİLƏNİB

Oxunma: 498 TARIX /

Bu gün Premyer Liqada mövsümün ikinci yarısına start veriləcək.

İdmanxeber.com-un məlumatına görə, 2 aydan çoxdur ki, çempionatımızda yaranan fasiləyə XV turun startı ilə yekun vurulacaq.

Turun ilk görüşü Zirədə olacaq. Burada yerli "Zirə" kollektivi "Sumqayıt"la münasibətlərə aydınlıq gətirəcək.

Günün son matçı isə Suraxanıda keçiriləcək. Çempionluğa iddialı iki komanda - "Qarabağ" və "Qəbələ" birincilərin meydanında qalibi müəyyənləşdirməyə çalışacaqlar. Bu görüşdə Ağdam təmsilçisi qalib gəlsə, növbəti çempionluğuna doğru böyük addım atmış olacaq.

"Qırmızı-qaralar" isə  səfər qələbəsi isə Premyer Liqada intriqanı daha da artıracaq.

Turun digər matçları isə sabah baş tutacaq.

Azərbaycan Premyer Liqası

XV tur

10 fevral (şənbə)

16:00. “Zirə” – “Sumqayıt” 1:1

Qollar: Tural Axundov, 35, Vüqar İsgəndərli, 39

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Zeynal Zeynalov, Orxan Məmmədov

Zirə İdman Kompleksinin stadionu

19:00. “Qarabağ” – “Qəbələ” 0:0

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Namiq Hüseynov, Rəvan Həmzəzadə

“Azərsun Arena”

 

11 fevral (bazar)

15:00. “Keşlə” – “Səbail”

Hakimlər: Ramil Diniyev, Mübariz Haşımov, Rahil Ramazanov, Elvin Əsgərov

“İnter Arena”

17:30. “Neftçi” – “Kəpəz”

Hakimlər: Rəhim Həsənov, Akif Əmirəli, Vüqar Bayramov, Rəşad Əhmədov

8-ci km qəsəbə stadionu