Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində sabah "Neftçi" "Baksell Arena"da "Kəpəz"i sınağa çəkəcək.

Paytaxt təmsilçisinin mətbuat xidmətinin rəhbəri Anar Şabanoğlunun İdmanxeber.com-a verdiyi məlumata görə, "ağ-qaralar" "tarixi derbi"yə itkilərlə hazırlaşır. Belə ki, sabahkı matçda müdafiəçi Elnur Cəfərov və müdafiəçi Ömər Buludovun çıxış etməyəcəyi dəqiqdi.  U 21-in heyətində zədələnən Elnur Cəfərovun ayağında problem varsa, Buludovun burnu sınıb. Lakin baş məşqçi Tərlan Əhmədovun heyətlə bağlı problemi bununla bitmir. 

"Deportivo Lara"dan qoşulan və "Neftçi"nin "vuran ayağı" olması gözlənilən Lukas Qomesin  "Kəpəz"a qarşı oynayacağı sual altındadı. "Sabah"la keçirilən yoxlama matçında rəqibi ilə toqquşan 30 yaşlı argentinalı forvardın meydana çıxma ehtimalı azdı.