Şimali İrlandiya millisi və “Mançester Yunayted”in sabiq yarımmüdafiəçisi Liam Miller dünyasını dəyişib.

İdmanxeber.com-un Britaniya mətbuatına istinadən yaydığı məlumata görə, mədəaltı vəzindəki xərçəng xəstəliyindən əziyyət çəkən veteran futbolçu 36 yaşında vəfat edib. Millerdə sözügedən xəstəlik ötən ilin noyabrında aşkarlanmışdı.

Qeyd edək ki, o, karyerası ərzində “Mançester Yunayted”lə yanaşı, “Seltik” və “Sanderlend” klublarının şərəfini qoruyub, Avstraliya və ABŞ çempionatlarında da çıxış edib.