reklam

Klubların dünya üzrə yeni reytinq siyahısı açıqlanıb.

İdmanxeber.com-un məlumatına görə, son 5 mövsümlük nəticələrə uyğun tərtib olunan siyahıda yenə ən yaxşı göstərici "Qarabağ"a məxsusdur.

Belə ki, 3 pillə irəliləyən Ağdam təmsilçisi 1169 xalla 542-ci yerdədi. İkinci göstərici 4 pillə irəliləyərək 368 xalla 777-ci yerdə qərarlaşan “Keşlə"yə məxsusdu. “Qəbələ” 255 xalla 816-cı, “Zirə” isə 217 xalla 839-cudu. Bu klublar müvafiq olaraq 3 və 2 pillə irəliləyib.

Siyahıya 17892 xalla Madrid “Real”ı başçılıq edir..