reklam

“Çətin idi. İlk hissəyə yaxşı başlasaq da, sonradan çətinliklə üzləşdik”. 

Idmanxeber.com-un məlumatına görə, bu sözləri “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov deyib.

“Kimyaçılar” Azərbaycan Premyer Liqasının XV turunda səfərdə “Zirə” ilə qollu heç-heçə edib.

Oyundan sonra baş tutan mətbuat konfransında iştirak edən çalışdırıcı fikirlərini bildirib: “Böyük hesabla məğlub ola bilərdik. Əgər bundan sonrakı matçlarda ikinci hissədəki kimi oynasaq, çempionatı yeddinci pillədə başa vura bilərik. Bu gün bəzi futbolçularımız oyunun tez başa çatmasını istəyirdilər. Əgər yaxşı oynamaq istəyiriksə, bəzi futbolçularmız peşəkarlaşmalıdı”.

- Əvəzetmələriniz ümidləri doğrultmadı. Bu fikirlə razısınız?

- 3 əvəzetmə etdim və yalnız Ülvi İsgəndərovun oyunundan razı qaldım. Nicat Qurbanov isə istədiyimizi edə bilmədi. Əgər belə oynadısa, deməli, onun oyuna daxil etməməli idim. Nicat bir neçə klubda belə çıxış edib və dərs çıxarmasa, yaxşı olmayacaq.   

- Hakim idarəçiliyindən razısınız?

- Bu dəqiqə desəm ki, baş hakimdən narazıyam, mənə cərimə düşəcək?

- Bəli...

- O zaman danışmaq istəmirəm.