Qurban Qurbanov azarkeşləri sakitləşdirdi

Oxunma: 423 TARIX /

Hazırda davam edən "Qarabağ" - "Qəbələ" matçında maraqlı məqam diqqətdən yayınmadı.

İdmanxeber.com-un "Azərsun Arena"ya ezam olunan əməkdaşının verdiyi məlumata görə, matçın 73-cü dəqiqəsində matçın baş hakimi İnqilab Məmmədovun "Qarabağ"ın əleyhinə cərimə zərbəsi təyin etməsi yerli fanatların kəskin etirazına səbəb olub. Nəticədə, azarkeşlər meydana yad əşya atdı.

Lakin Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov azarkeşləri əl hərəkəti ilə sakit olmağa çağırıb. Bununla da azarkeşlər öz etitazlarını şüarlarla davam etdiriblər.