Roman Qriqorçuk: "Qarabağ" çox güclü komandadı"

Oxunma: 205 TARIX /

"Heç-heçədən razı qaldım. Çox yaxşı komandaya qarşı mübarizə apardıq. "Qarabağ"ın ustalıq səviyyəsi yüksək olan futbolçuları var".

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçı sonrası qonaqların baş məşqçisi Roman Qriqorçuk deyib. 

- Çempionluğa gedən yolda xal fərqinin azaldılması üçün ən vacib oyunlardan biri idi. "Qarabağ"la oyuna heç-heçə üçün gəlmişdiniz?

- Əlbəttə, biz də istəyərdik ki, oyunboyu meydanın "Qarabağ"a aid hissəsində. Yer alaq ancaq "Qarabağ" çox güclü komandadı. Hətta mən deyərdim, ötən ilkinə nisbətən daha güclü oyun sərgilədilər.

- Dabonun zədəsi nə yerdədi?

- Dəqiq bilinmir. Adətən bu cür oyunlardan sonra 1 günlük fasilə olur. Daha sonra aydınlaşır.

- Bu matçda hücumçu baxımdan əziyyət çəkdiyiniz aşkar görünürdü...

- Əlbəttə ki, bizə hücumameyilli futbolçu lazımdı. Topa nəzarət etsin, oyunun yükünü öz üzərinə götürmək qabiliyyəti olsun. Ancaq belə futbolçu tapmaq çətindi. Təəssüf ki, biz də tapa bilməmişik.