reklam

"Oyun gözlədiyimdən də yaxşı alındı. Derbidi, hər iki komanda çempionluqa oynayır. Bu qədər yaxşı oynayacağımızı düşünmürdüm. Bir oyunda bu qədər qol imkanından yararlana bilmirsənsə düşünürəm 1 xal da pis sayılmamalıdı. Lakin heç-heçə də pis deyil

İdmanxeber.com-un məlumatına görə, bu sözləri Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində keçirilən "Qarabağ" - "Qəbələ" matçı sonrası Rəşad Sadıqov deyib. Ağdam klubunun kapitanı hücumçu problemi ilə bağlı verilən sualı belə cavablandırıb: "Hücumda dişsiz görsənməyimizlə bağlı sualla razılaşmıram. Komanda heç vaxt şəxslər üzərində qurulmayıb. Sabah Pedro da, Mahir də gedə bilər. Ancaq meydana 11 oyunçu çıxıbsa deməli oynayacağıq. Dino Ndlovu da komanda da olanda da biz həmişə hücumçuya ehtoyac olduğumuzu deyirdik. Bu komandadan Reynaldo kimi futboçmu gedib. Bizim komanda şəxslər üzərində qurulmayıb. Bizi hücumçuya ehtiyacımız yoxdu. Mahir var komanda da".