reklam

Pedrodan səmimi etiraf

TARIX /

"Qarabağ"ın futbolçusu Pedro Enrike "Qəbələ" ilə oyundan sonra jurnalistlərin suallarını cavablandırıb:


“Yaxşl oyun idi. Komanda olaraq yaxşı oynadıq. Düşünürəm ki, daha yaxşı nəticəyə layiq idik. Ancaq bəzən bu kifayət etmir, qol vurmaq lazımdı. Alınmadı"


- Dino Ndlovu yoxluğu hiss olundumu?


- Təbii ki, Dino böyük oyunçudu. Ancaq düşünmürəm ki, onun yoxluğu təsir etsin. Mahir də gəncdi, elə oyunlar olub ki, oyunun taleyin həll edib. Hər ikisi yaxşı oyunçudu. Ümumiyyətlə hücumçularımızdan razıyıq.


- Oyun epizodlarının birində "Qəbələ"nin futbolçusu Vojeslav Stankoviç ilə mübahisə yaşandı. Nə baş verdi?


- Oyunda baş verən hadisə idi. Düşünürdüm ki, həmin epizodda penalti var idi. O da etiraz edirdi. Birinci epizoda gəlincə, mənə elə gəlir ki, ona qarşı bir az sərt oynadım. Orada qayda pozuntusu var idi.